CƏMİYYƏT


Hacıqabulda yeməkxanada yanğın olub

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Hacıqabul rayonunun Qızılburun kəndindəki yeməkxanada yanğın hadisəsi baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan yeməkxananın tavanı yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Alov saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.