REGİONLAR
Hacıqabullu şagirdlərdən 8 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb
Hacıqabul, 26 avqust, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun ümumtəhsil məktəblərinin XI sinfini bitən 8 məzun 600-dən çox bal toplayaraq, respublikanın ali və orta ixtisas təhsili məktəblərinə daxil olub.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-2016-cı tədris ilində rayonda fəaliyyət göstərən 30 tam orta məktəbi 600 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 194-ü respublikamızın müxtəlif ali və orta ixtisas müəssisələrinə sənəd verib. Onlardan 120 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 8-i 600-dən yuxarı, 17-si isə 500-600 arası bal toplayıb. Şəhər 3 və 5 saylı, Qubadlıbaloğlan kənd tam orta məktəbinin şagirdləri qəbul imtahanlarında fərqləniblər.
Ən yüksək nəticəyə isə şəhər 8 saylı məktəb-liseyin məzunları nail olub. Məktəbin ali təhsil ocaqlarına sənəd verən 10 şagirddən 9-u tələbə adını qazanaraq müəllimlərinin etimadını doğruldublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]