DÜNYA


Haitidə 174 məhbus həbsxanadan qaçıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Haitinin şimalında azı 174 məhbus həbsxanadan qaçıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, məhbuslar odlu silah ələ keçirərək mühafizəçini öldürüb və divardan aşıblar.

İnsident ölkənin şimalındakı Arkaxay yaşayış məntəqəsində baş verib. Ədliyyə naziri Camille Edouard Juniorun verdiyi məlumata görə, məhbuslardan biri həbsxana divarından yıxılaraq ölüb, ikisi isə insident zamanı yaralanıb.

Hakimiyyət orqanları BMT sülhməramlılarının dəstəyi ilə qaçan məhbusların axtarışına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.