DÜNYA


Haitiyə humanitar yardımın çatdırılmasına başlanıb

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Haitidə “Metyu” qasırğasının səbəb olduğu dağıntıların aradan qaldırılması işləri davam edir. Dağıdıcı qasırğa nəticəsində ölənlərin sayı təxminən 900 nəfərə çatıb. Lakin həlak olanların sayının artması istisna edilmir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Haitidə azı 350 min insanın yardıma ehtiyacı var. Təbii fəlakətdən ən çox adanın cənub hissəsi zərər çəkib: minlərlə yaşayış binası dağılıb, demək olar ki, bütün kənd təsərrüfatı plantasiyaları məhv olub.

Bir sıra ölkələr Haitiyə humanitar dəstək göstərilməsi barədə planlarını açıqlayıb. Yardım kampaniyalarına xeyriyyə fondları da qoşulub.

ABŞ qasırğanın nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlara dəstək üçün Haitiyə sudurulducu qurğu ilə təchiz olunmuş hərbi gəmi yollayıb. Onun göyərtəsində nəqliyyat helikopterləri, buldozerlər, humanitar yüklər də var. Adaya hərbçilərlə yanaşı, cərrahlar qrupu da göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.