DÜNYA


Hakerlər ABŞ-da 20-dən çox otelin xidmət ödəmə sisteminə müdaxilə ediblər

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Zərərverici kompyuter proqramı ABŞ-ın “HEI Hotels & Resorts” şirkətinə daxil olan “Starwood”, “Marriott”, “Hyatt” və “Intercontinental” mehmanxanalar şəbəkəsi xidmətlərinin ödəmə sisteminə yayılıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, istisna deyil ki, kənar şəxslər, beləliklə mehmanxanada yemək, içki, digər mal və xidmətlərə görə ödəniş etmiş bank kartları sahiblərinin şəxsi məlumatlarını əldə ediblər.

Zərərverici proqramın mövcudluğu iyun ayının ortasında müəyyən edilib, həmin proqram 2015-ci il martın 1-dən 2016-cı il iyunun 21-dək fəaliyyət göstərib. Söhbət ABŞ-da, o cümlədən Santa-Barbarada (Kaliforniya ştatı) və Tampada (Florida ştatı) yerləşən 20 oteldən gedir.

Əldə olan məlumata görə, hakerlərin izlədikləri tranzaksiyaların dəqiq miqdarı bir neçə on minə çatır. Potensial zərər çəkən kart sahiblərinin sayını müəyyənləşdirmək hələ ki çətindir, çünki hər kəs eyni mehmanxanada bir neçə xidmət növünə görə kartla ödəniş edə bilər.

“HEI Hotels & Resorts” şirkətinin cəlb etdiyi ekspertlər hücumların miqyasını araşdırırlar. Onlar güman edirlər ki, hakerlər adamların şəxsi məlumatlarını, bank hesablarını, kartın istifadə müddəti barədə məlumatları oğurlayıblar. Hakerlərə mehmanxanalarda şəxsiyyətin təsdiqi və ödəmə üçün tələb edilməyən pin-kod lazım olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.