DÜNYA


Hakimlər çexiyalı İŞİD-çinin psixikasını öyrənəcəklər

Praqa, 9 fevral, AZƏRTAC

Yan Silovskinin işi üzrə məhkəmə prosesinin keçirildiyi Plzen diyar məhkəməsinin iclasında psixologiya, psixiatriya və informasiya texnologiyaları sahəsində mütəxəssislər iştirak edəcəklər.

Spalene Porjiçi qəsəbəsinin sakini 2016-cı ildə islam silahlıları tərəfindən nəzarət edilən əraziyə keçməyə cəhd göstərərkən Türkiyə hökumət orqanları tərəfindən saxlanılıb. Y.Silovski Çexiyaya deportasiya edildikdən sonra ona qarşı terror təşkilatına qoşulmağa cəhd göstərmək barədə ittiham irəli sürülüb ki, buna görə onu 12 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə, həmçinin istisna etmir ki, çexiyalı vətəndaşa 15 il həbs və ömürlük həbs cəzası ilə nəticələnə bilən daha ciddi ittiham irəli sürülə bilər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.