CƏMİYYƏT


Hakimliyə namizədlərin şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən, görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mətbuatda xəbər verildiyi kimi, test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda keçirilən yazılı imtahanda cinayət və mülki sahələr üzrə iki kazus xarakterli sual dörd saat ərzində cavablandırılıb. İmtahanı nüfuzlu beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib. Bütün proses onlayn rejimdə canlı yayımlanıb.

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə, hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.

Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (www.jlc.gov.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.