DÜNYA


Hakkaridə terror: 2 polis şəhid olub, 11 nəfər isə yaralanıb [YENİLƏNİB]

A+ A

PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı qurğu olan avtomobillə hücumu nəticəsində 2 polis şəhid olub, 10-u polis olmaqla 11 nəfər xəsarət alıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Hakkari Dövlət Xəstəxanasına aparılan yaralılardan vəziyyəti ağır olan 2 polis şəhid olub. Yaralanmış 10 polisə və 1 mülki vətəndaşa tibbi yardım göstərilir.

X X X

Bakı, 28 iyul, AZƏRTAC

Türkiyənin Hakkari vilayətində PKK terrorçularının polis nəzarət məntəqəsinə hücumu nəticəsində 3 təhlükəsizlik işçisi yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, polis nəzarət nöqtəsində terrorçular Van istiqamətindən gətirilən içində partlayıcı olan avtomobillə partlayış törədiblər.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə PKK terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyata başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.