DÜNYA


Hakkaridə terror hücumlarının qarşısı alınıb

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkiyənin Hakkari bölgəsinin Yüksəkoba və Kiçik Çuxur rayonlarında PKK terrorçuları təhlükəsizlik qüvvələrinə qarşı əl istehsalı olan partlayıcı, minaatan və uzun lüləli silahlarla hücum ediblər.

Anadolu agentliyinin məlumatlarına görə, Yüksəkoba rayonunun Güngör məhəlləsində terrorçular tərəfindən yolda quraşdırılan partlayıcı, patrul vəzifəsini icra edən zirehli polis maşınının keçidi zamanı partladılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Eyni zamanda, Kiçik Çuxur rayonunun girişindəki polis nəzarət məntəqəsi axşam saatlarında PKK terrorçuları tərəfindən atəşə tutulub.

Bölgədə dərhal əməliyyata başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.