DÜNYA


Hamburq: G20 sammitinə qarşı etiraz aksiyaları iğtişaşla nəticələnib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-nə keçən gecə Hamburqda minlərlə insanın qatıldığı aksiyalar iğtişaşla nəticələnib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aksiyalar Hamburqda keçiriləcək G20 sammitinə etiraz əlaməti olaraq təşkil edilib.

Nümayişçilər polislərə boş şüşə qablar atıblar. Qanun keşikçiləri isə buna cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. İğtişaşların gedişində 5 nəfər saxlanılıb, 4 polis əməkdaşı və təsadüfən yol keçən bir mülki şəxs isə xəsarət alıb. Həmçinin yerli parkda qanunsuz quraşdırılan 12 çadır sökülüb.

Xatırladaq ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Sammit zamanı şəhərdə təhlükəsizliyi sərəncamında helikopterlər və təyyarə, xüsusi texnika, habelə itlər və atlar olan 20 minədək polis əməkdaşı qoruyacaq. N24 telekanalının məlumatına görə, çərşənbə günü Hamburqun mərkəzində yerləşən mağaza və bank ofisləri bağlanıb. Yerli əhali istirahət üçün şəhərdən çıxmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.