İDMAN
“Hamburq” klubu baş məşqçi ilə yollarını ayırıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Almaniyanın “Hamburq” futbol klubu baş məşqçi ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, rəhbərlik Bruno Labbadianı istefaya göndərib. Əlli yaşlı mütəxəssislə birgə onun köməkçiləri də vəzifələrindən ayrılıblar.
Klub rəhbərliyinin bu addımı səbəbsiz deyil. Belə ki, 5 oyundan sonra aktivində cəmi 1 xal olan “Hamburq” mövsümə uğursuz start verib.
Hazırda “Hamburq” rəhbərliyi “Hoffenhaym”ın keçmiş baş məşqçsi Markus Qizdolla maraqlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]