CƏMİYYƏT


Hamiləlik dövründə depressiya uşağın psixikası ilə problem riskini artırır

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Statistikaya görə, hər beş qadından ən azı biri hamiləliyin son mərhələlərində və doğumdan dərhal sonra depressiyadan əziyyət çəkir. Əvvəlki tədqiqatlar göstərib ki, hamiləlik zamanı depressiya bir sıra mənfi nəticələrə gətirib çıxarır. Məsələn, depressiya ana bətnində uşağın inkişafına təsir göstərə bilər.

AZƏRTAC “Zee News” saytına istinadla xəbər verir ki, London İmperiya Kollecinin alimləri tərəfindən aparılan yeni tədqiqata görə, depressiya ucbatından plasentada stress hormonu kortizolu parçalayan fermentin səviyyəsi azalır. Yəni döl hormonun daha yüksək səviyyələrinin təsirinə məruz qalır. Bu da dölün DNT-sində epigenetik dəyişikliklərə səbəb ola bilər. Nəticədə uşaqlarda emosional və davranış pozuntuları riski artır.

Tədqiqatçılar araşdırma nəticələrinin aşağı və orta gəlir səviyyəli ölkələrə aid olduğunu deyirlər. Bu ölkələrdə qadınlar daha çox partnyor zorakılığından, sosial dəstəyin azlığından əziyyət çəkirlər. Bundan başqa, həmin ölkələrdə nəzərdə tutulmayan hamiləlik, qeyri-düzgün qidalanma, infeksion xəstəliklər və mənzil problemləri geniş yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.