CƏMİYYƏT


“Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

“Gələcək nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə “Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib. Seminarı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparan Elxan Rəsulov aparıb.

Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, E.Rəsulov seminarda hamiləlik zamanı müayinələr, yenidoğulmuşlarda anadangəlmə inkişaf qüsurlarının genetik səbəbləri, irsi xəstəlikli uşaqların doğulma riskinin aradan qaldırılması yolları, qohum nikahları səbəbindən yaranan irsi xəstəliklər, Müalicəvi Diaqnostika Mərkəzinin tətbiq etdiyi ”Topuq testi” adlanan skrininq barədə məlumat verib. Qeyd olunub ki, yenidoğulmuşlarda topuq skrininqi metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün çox vacibdir. Test nəticəsində fenilketonuriya və anadangəlmə hipotireoz təyin edilir. Topuq skrininqi körpə dünyaya gəldikdən sonra ilk 7 gündə həyata keçirilməlidir. Erkən müalicə aparılmasa, zehni problemlər, fiziki-psixi inkişafdan geri qalma və katarakta kimi xəstəliklərə səbəb ola bilər.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallarla əlaqədar müzakirələr aparılıb və hamilələrə tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.