CƏMİYYƏT


Hamiləlik zamanı görmədə müəyyən dəyişiklik yarana bilər

Bakı, 21 iyul, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “Gələcək Nəsil” Valideynlər Klubunun təşkilatçılığı ilə “Hamiləlik və gözlər” mövzusunda seminar keçirilib. Seminar “Gələcək Nəsil” Valideynlər Klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə RMDM-in həkim-oftalmoloqu Eloğlu Məmmədov tərəfindən təqdim edilib.

RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədov seminarda hamiləlik dövründə göz müayinəsinin vacibliyindən danışıb. Bildirib ki, hamiləlik zamanı bədəndə böyük hormonal dəyişikliklər baş verir. Bunun da nəticəsində görmə qabiliyyətində də müəyyən dəyişiklik yarana bilər. Xüsusilə təbii doğuş planlaşdıran xanımlar göz müayinəsinə daha məsuliyyətli yanaşmalıdırlar.

Tədbirdə mövzu ilə bağlı maraqlı və informativ videoçarxlar nümayiş etdirilib. Həmçinin “kompüter görmə sindromu”, “quru göz sindromu” simptomları və risk faktorları, göz sağlamlığını qoruma üsulları barədə məlumat verilib, hamilələrə tövsiyələr diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.