İDMAN


Hamilton ABŞ Qran-prisinin qalibi olub

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC 

“Mercedes” komandasının pilotu Luis Hamilton “Formula-1” ABŞ Qran-prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, britaniyalı “Formula-1” yarışının sayca 18-ci mərhələsini hamıdan tez başa vurub (1.34,999).

İkinci yaxşı nəticəni Hamiltonun komanda yoldaşı Niko Rosberq tutub. Üçüncü pillədə isə “Red Bull” komandasının pilotu Daniel Rikkardo qərarlaşıb.

Bununla da, Hamiltonun Qran-prilərdə qazandığı yarışların sayı 50-yə çatıb. Növbəti Qran-pri oktyabrın 28-dən 30-na kimi Meksikada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.