ELM VƏ TƏHSİL


Harmonik analizin müasir problemləri və tətbiqləri ilə bağlı müzakirələr aparılıb

A+ A

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda seminar olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorları” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında ətraflı bəhs olunub, geniş müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.