DÜNYA


Harri Potter haqqında kitabların müəllifi yeni əsərini paltarı üzərində yazıb

Bakı, 10 iyul, AZƏRTAC

Harri Potter haqqında silsilə kitabların müəllifi Coan Roulinq 50 illik yubileyinə həsr edilmiş tədbirdə geyindiyi paltarı xüsusi əlyazma ilə bəzəyib.

AZƏRTAC “cnn.com” saytına istinadla xəbər verir ki, CNN kanalına müsahibəsində yazıçı həmin paltarın evində olduğunu və onun üzərində yazılmış əsərin nə zaman çap olunacağını bilmədiyini qeyd edib.

C.Roulinq 1997-2007-ci illərdə Harri Potter haqqında 7 kitab yazıb. Ümumi tirajı 400 milyondan çox olan bu kitablar dünyanın 65 dilinə tərcümə edilib. Ötən il isə C.Roulinq Londonun “Palace” teatrında səhnələşdirilmiş “Harri Potter və lənətlənmiş övlad” pyesinin həmmüəllifi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.