İQTİSADİYYAT


Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ölkədə fəaliyyət göstərən hasilat şirkətləri ilə görüşü keçirilib

Bakı, 11 may, AZƏRTAC 

Mayın 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, HSŞ üzrə Komissiyanın üzvləri - vergilər nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Natiq Abbasov, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti Qəri Counz, TPAO və TPO LTD şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin müdiri Saliha Dündar, Total Abşeron şirkətinin baş meneceri Denis Le Marşal, “ONGC Videsh Limited” şirkətinin ölkə üzrə meneceri Somnat De, “RV Investment Group Services LLC” şirkətinin prezidenti Reza Vəziri, “SGC Upstream” şirkətinin baş direktoru Tural Mənsimov, “Petronas” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Talib Hanafi, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Naftiran Intertrade Co Limited” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Mehdi Cavadi və digər şirkətlərin nümayəndələri görüşdə iştirak ediblər.

Görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədilə təqdimat edilib.

İştirakçılar tərəfindən hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin HSŞ üzrə hesabatlılıq prosesində iştirakı, HSŞ üzrə Komissiyanın yerli və xarici hasilat şirkətləri ilə əməkdaşlığına dair razılaşma sənədinin layihəsi və digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.