İQTİSADİYYAT
Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirləri müşahidə edəcək vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı hazırlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirləri müşahidə edəcək vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı hazırlanıb.
Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirləri müşahidə etmək niyyətində olan vətəndaş cəmiyyəti nümayəndələrini əvvəlcədən tədbirlərlə bağlı məlumatlandırmaq məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyi tərəfindən həyata keçirilmiş qeydiyyat yekunlaşıb.
Qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: