İQTİSADİYYAT


Hasilat sənayesində şəffaflığın təmin olunması məqsədilə maraqlı tərəflərlə iş birliyinin qurulması müzakirə edilib

Bakı, 18 may, AZƏRTAC

Hasilat sənayesində şəffaflığın təmin olunması məqsədilə maraqlı tərəflərlə iş birliyinin qurulması müzakirə edilib.

Müzakirələr mayın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə aparılıb

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən Komissiyanın fəaliyyəti, hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə vətəndaş cəmiyyəti nümayəndələrini daha ətraflı məlumatlandırmaq məqsədilə təqdimat edilib.

Görüşdə HSŞ üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən hasilat sənayesində şəffaflığın təmin olunması məqsədilə bütün maraqlı tərəflərlə iş birliyinin qurulması, hesabatlılıq proseduru və digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.