İQTİSADİYYAT


Hasilatın Pay Bölgüsü Sazişinin sonunadək AÇG-dən 5 milyard barrel neft çıxarılması planlaşdırılır

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 5 milyard barrel neft çıxarılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. Qeyd edilir ki, Azərbaycanın nəhəng karbohidrogen ehtiyatlarına malik “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənilməsi bu gün də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Layihə üzrə indiyədək Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə malik böyük uğurlar qazanılıb, ilk neftin çıxarıldığı vaxtdan ölkədə neft hasilatı böyük həcmdə artaraq, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,4 milyon tona çatdırılıb. Son illərdə isə hasilat 42-43 milyon ton səviyyəsində stabilləşdirilib.

“İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 407 milyon ton neft, 124,3 milyard kubmetr qaz hasil edilib. HPBS-in sonunadək yataqlardan 5 milyard barrel neft çıxarılması planlaşdırılır”, - deyə R.Abdullayev bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.