CƏMİYYƏT


Hava proqnozu: sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Bakı, 21 may, AZƏRTAC

Azərbaycanda mayın 22-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 14-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər ayrı-ayrı yerlərdə duman olacağı, gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10°, gündüz 12-17° isti proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Gecə 7-12°, gündüz 20-25°, dağlarda gecə 5-7°, gündüz 11-16° isti olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 14-16°, gündüz 20-25°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.