İQTİSADİYYAT
Hava şəraiti ilə əlaqədar İstanbuldan Bakı və Gəncəyə olan aviareyslər təxirə salınıb VİDEO
Bakı, 18 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 18-19-da İstanbulda davam edən qarlı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) Bakı-İstanbul-Bakı, Gəncə-İstanbul-Gəncə aviareyslərini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə yanvarın 18-də İstanbul Atatürk Aeroportundan həyata keçirilməsi nəzərdə tutulan Bakı-İstanbul-Bakı və Gəncə-İstanbul-Gəncə aviareysləri və yanvarın 19-da İstanbul Atatürk Aeroportundan həyata keçiriləcək Bakı-İstanbul-Bakı aviareysi təxirə salınıb.
Xatırladaq ki, yanvarın 17-na nəzərdə tutulan Bakı-İstanbul-Bakı aviareysi də həyata keçirilməyib.