İQTİSADİYYAT


Hava şəraiti ilə əlaqədar Moskva-Bakı aviareysində gecikmə baş verib

A+ A

Bakı, 12 noyabr, Elvin Camalov, AZƏRTAC

Çovğun səbəbindən Moskva-Bakı aviareysində gecikmə baş verib.

AZƏRTAC “Vnukovo” hava limanının onlayn tablosuna istinadla xəbər verir ki, Moskva-Bakı istiqamətində “Boeing 737-500” təyyarəsi ilə saat 11:00-da həyata keçirilməli olan “P2 745” saylı aviareys gecikir. Təyyarə Bakıya saat 14:00-da çatmalı idi.

Qeyd edək ki, çovğun hava şəraiti ilə əlaqədar “Şeremetyevo” hava limanında 21 reys gecikir, 86 reys təxirə salınıb. “Domodedovo”da isə 20 reys gecikir, 13 reys təxirə salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.