DÜNYA


Hava şəraiti ilə əlaqədar Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv edilib VİDEO

A+ A

Bakı, 26 iyul, Elvin Camalov, AZƏRTAC

Hava şəraiti ilə əlaqədar Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv olunub.

AZƏRTAC “airport-jfk.com” saytına istinadla xəbər verir ki, iyulun 26-da Nyu-York hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 154 aviareys ləğv olunub, 208-i təxirə salınıb.

Güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar Con Kennedi adına Beynəlxalq Hava Limanında 57 aviareys ləğv edilib, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv olunub, 113-ü təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.