İQTİSADİYYAT
Hava şəraiti səhər saatlarında bəzi küçə və prospektlərdə avtobusların hərəkətində çətinliklər yaradıb VİDEO
Bakı, 17 fevral, Elvin Camalov, AZƏRTAC
Hava şəraiti səhər saatlarında Bakının bəzi küçə və prospektlərdə sərnişin avtobuslarının hərəkətində çətinliklər yaradıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a deyib.
O bildirib ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
M.Ağayevin sözlərinə görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq qurumlarla birgə iş aparır.
M.Ağayev qeyd edib ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha saatda 40 kilometr endirilib.
Həmçinin qurum rəsmisi bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edib.