ELM VƏ TEXNOLOGİYA


Havada və yerdə hərəkət edən dron

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC 

Dronların əksəriyyəti akkumulyatordan qidalanmaqla havada cəmi iyirmi dəqiqə qala bilirlər. Təkərlər üzərində hərəkət etmək isə enerjinin sərf olunması baxımından daha səmərəlidir. Lakin bu, robotun sürətini ciddi şəkildə məhdudlaşdırır.

“Advanced Tactics” şirkəti tərəfindən hazırlanmış “Panther” dronu özündə bu imkanları birləşdirir.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, 6,8 kiloqram ağırlığında olan yeni dron kənd təsərrüfatı işləri və rabitə sənayesi tədqiqatı üçün nəzərdə tutulmuş sürətli və cəld robotdur. “Panther”in digər dronlardan fərqli cəhəti onun sürətli uçmaqla yanaşı, yerin səthində də olduqca cəld hərəkət etmək bacarığının olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.