ELM VƏ TEXNOLOGİYA


Havanı təmizləyən yeni “tozsoran”

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Niderlandlı alimlər hər gün çoxlu sayda toksik maddələrlə zəhərlənən havanı təmizləmək üçün “nəhəng xarici tozsoran” adlandırılan yeni cihaz icad ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu qurğu zərərli maddələri udaraq havanın daha təmiz olmasına şərait yaradır. O, 0,3 kilometr radiusda saatda təqribən 800 min kubmetr havanı təmizləyə bilir. Xarici quruluşuna görə səkkiz metrlik polad borudan ibarət olan “nəhəng xarici tozsoran” diametri 2,5-10 mikrometr olan hissəcikləri 100 faiz ultradisperserlərin köməyi ilə təmizləyir. Əsasən qapalı məkanların havasının təmizlənməsi üçün nəzərdə tutulan yeni cihaz hətta evlərin damlarında da quraşdırıla bilər.

Qeyd edək ki, böyük meqapolislərdə havanın çirklənməsi əsas qlobal problemlərdən biridir. Havadakı kiçik bərk hissəciklər insanlarda onkoloji, respirator, ürək-damar xəstəlikləri əmələ gətirir. Hətta rəsmi məlumatlara görə, 2012-ci ildə bu səbəbdən 3,7 milyon insan həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.