CƏMİYYƏT


Hazırda Azərbaycanda 151 balıq vətəgəsi mövcuddur

Bakı, 22 iyun, G.Mahmudlu, AZƏRTAC

Hazırda Azərbaycanda 151 balıq vətəgəsi mövcuddur. Cari ildə Xəzər dənizinin Azərbaycana aid sahil sularında və daxili su hövzələrində 8 hüquqi və 143 fiziki şəxs vətəgə yaradaraq qanuni balıq ovu ilə məşğul olur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

İ.Yunusov vurğulayıb ki, sənaye balıq ovunun aparılması üçün ETSN-in Su Hövzələrində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin icazəsi olmalıdır. Bunun üçün ərizə, şəxsiyyət vəsiqəsi, istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə, istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə, gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı, soyadı barədə məlumatlardan ibarət sənədlər lazımdır. Akvakultura, elmi-tədqiqat, maarifləndirmə, nəzarət və iqlimləşdirmə məqsədilə balıq ovu üçün həmin sənədlərlə yanaşı, bioloji-texnoloji əsaslandırmanın, maarifləndirmə layihəsinin elmi-tematik planın surəti də təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.