İQTİSADİYYAT


Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr təbii qaz və 115-120 min ton neft hasil olunur

A+ A

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC

Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr təbii qaz və 115-120 min ton neft hasil edilir. Bu da dənizdə və quruda istismar edilən, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” , “Ümid” və digər yataqlardan əldə olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov avqustun 29-da Bakıda öz işinə başlayan “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib. Bildirib ki, Azərbaycanın sübut edilən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr, neft ehtiyatı isə 2 milyard ton təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.