REGİONLAR


Hazırda Göyçay rayonunun 11 kəndinə təbii qaz xətti çəkilir

A+ A

Göyçay, 24 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda kənd yaşayış məntəqələrinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, hazırda Göyçay rayonunun 11 yaşayış məntəqəsinə - Çaxırlı, Alıkənd, Ləkçiplaq, Mırtı, Qaraxıdır, Şəkər, Yalman, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərinə metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Bəzi kəndlərdə isə mənzillərə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılır. Yaxın günlərdə Çaxırlı, Qaraxıdır, Ləkçiplaq və Şəkər kəndlərinə “mavi yanacaq” veriləcək.

Qeyd edək ki, indiyədək Göyçay şəhərində və 34 kənddə əhaliyə təbii qaz verilib. Rayonda təbii qaz abonentlərinin sayı 19 min 174-ə çatıb. Bu günədək rayonun yaşayış məntəqələrinin 80 faizi qazlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.