CƏMİYYƏT


Hazırda ölkədə 16986 nəfər qalxanvari vəz xəstəliklərindən əziyyət çəkir

Bakı, 25 may, Günel Məlikova, AZƏRTAC

Mayın 25-də akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 may - Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin (REM) direktor müavini Babək Salek “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicəsi məqsədi ilə davamlı addımlar atıldığını qeyd edib. Bildirilib ki, hazırda respublika üzrə son statistik göstəricilərə əsasən əhalinin 16986 nəfəri qalxanvarı vəz xəstəlikləri diaqnozu ilə REM-də qeydiyyatdadır. Bunlardan 3251-i diffuz ur, 2730-u düyünlü ur, 5443-ü tireotoksikoz, 3363-ü hiperterioz, 1060-ı tireoditlərdən əziyyət çəkir. Qalxanabənzər vəzin yeni törəməsi hallarına isə 53 nəfərdə rast gəlinib. Bu rəqəmlər yalnız qeydiyyatda olan xəstə göstəriciləridir deyən B.Salek qeyd edib ki, əslində ölkədə bu problemlə üzləşənlərin sayı dəfələrlə çoxdur.

Direktor müavini bildirib ki, “Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına dair” Qanun qüvvəyə mindikdən sonra ölkədə bu xəstəliklərdən əziyyət çəkənlərin, yodlaşdırılmış duzun istifadəsi sayəsində isə endemik urun sayı azalıb. Dünya SəhiyyəTəşkilatının hesablamalarına görə dünya əhalisinin 1.5 milyardının yod defisitinə məruz qaldığını bildirən direktor müavini qeyd edib ki, ölkəmizin bəzi bölgələrində də bu problem yaşanmaqdadır. B.Salek yod defisiti səbəbindən əmələ gələn xəstəliklərin oftalmoloji, qasteroenteroloji, nevroloji, ginekoloji, kardioloji və bir sıra bu kimi problemlərin də yaranmasına səbəb olduğunu və müalicəsi zamanı həkimlərin birgə iş aparmasının vacibliyini vurğulayıb.

Respublika Klinik Xəstəxanasının cərrahı Elmir Əsgərov tireoid əməliyyatlar, onların növləri və fəsadları barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.