DÜNYA


Həcc ziyarətində zəvvarların təhlükəsizliyini xüsusi xidmət orqanının 17 mindən çox əməkdaşı qoruyacaq

A+ A

Qahirə, 23 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanda həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.

Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib.

Səudiyyə Ərəbistanın Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman ben Abdulla əl-Əmr bildirib ki, krallığın daxili işlər naziri, eyni zamanda, Həcc Məsələləri üzrə Komitənin sədri Şəhzadə Məhəmməd ben Naif əl Səud tərəfindən təsdiq olunan iş planı, həcc ziyarətində təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün resursların səfərbərliyini nəzərdə tutur. Onun sözlərinə görə, həcc ziyarətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində 17 mindən artıq təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edəcək və üç min texniki avadanlıq istifadə ediləcək.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.