SİYASƏT
“Hədəf Bakıdır. Hitler Bakı nefti uğrunda döyüşü necə uduzdu” kitabı yüksək mükafata layiq görülüb
Minsk, 29 aprel, AZƏRTAC
Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Birliyin Tarix Muzeyinin fondlarından 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinə həsr edilmiş kitab sərgisi açılıb.
Təşkilatın Minsk qərargahından AZƏRTAC-a bildirilib ki, sərgi MDB İcraiyyə Komitəsinin informasiya-analitik departamenti tərəfindən hazırlanılıb.
Bütün nəşrlər Birlik ölkələrinin “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin “Qələbə” nominasiyasının qalibləri və ya laureatlarıdır.
Azərbaycan Respublikası tərəfindən MDB iştirakçısı olan dövlətlərin “Kitab sənəti” XII Beynəlxalq müsabiqəsinə təqdim edilmiş “Hədəf Bakıdır. Hitler Bakı nefti uğrunda döyüşü necə uduzdu” kitabı 1-ci dərəcəli diploma layiq görülüb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]