MƏDƏNİYYƏT


“Hədəf: bahar” fotosərgisində Azərbaycan təbiətinin gözəllikləri nümayiş olunur

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində “Hədəf: bahar” mənzərə fotosərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, fotosərgi Azərbaycan təbiətinin gözəlliklərinə, bölgələrimizin landşaft müxtəlifliyinə həsr olunub.

Sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, məqsəd Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir.

Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlkin Kəngərli, Emil Qazi və Denis Sveçnikovun Azərbaycan baharının ən gözəl anlarını əks etdirən fotoşəkilləri nümayiş olunur. Məhz bu layihə üçün fotoqraflar Azərbaycan baharının ən gözəl anlarını əks etdirmək məqsədilə regionlara üz tutublar.

Sərgi iyunun 2–dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.