CƏMİYYƏT


“Hədəf” kurslarının yeni tədris binası istifadəyə verilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Bakıda 9 ildir fəaliyyət göstərən “Hədəf” kurslarının Azadlıq filialının kollektivi yeni binasının açılışını və filialın 5 illik fəaliyyətini qeyd edib.

AZƏRTAC xəbər verir ki, kursun baş direktoru, dosent Şəmil Sadiq kursun təhsilimizə verdiyi töhfələrdən söz açıb. O, uğurların əldə olunmasında müəllim və şagirdlərin böyük əməyi olduğunu vurğulayıb.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. 2015-2016-cı tədris ilində göstərdiyi uğurlu fəaliyyətə görə “İlin filialı” nominasiyası üzrə mükafat Xırdalan filialının kollektivinə təqdim olunub. Qəbul imtahanında “Ən yüksək nəticə” göstərən dörd şagirdə 500 manat pul mükafatı təqdim olunub.

Sonra 2015-2016-cı tədris ilində qəbul imtahanı zamanı hər hansı fəndən bütün sualları doğru cavablandıran şagirdlərin müəllimləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.