MƏDƏNİYYƏT
“Hədiyyə” YARAT Film Klubunda
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 30-da YARAT Film Klubu “Hədiyyə” adlı ekran əsərini kinosevərlərə təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, dram janrında olan filmin rejissoru Emin Əfəndiyevdir. Ekran əsəri yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir.
Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq, onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar. Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rollarda Xalq Artisti Şamil Süleymanlı, aktyorlar Qorqud Cəfərli və İlahə Həsənova çəkiliblər. Xronometrajı 30 dəqiqə olan ekran əsəri Azərbaycan dilində nümayiş olunacaq.
Qeyd edək ki, giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]