CƏMİYYƏT


Həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır

Bakı, 8 fevral, AZƏRTAC

Alimlər oturaq həyat tərzi sürən 30 qadının iştirakı ilə tədqiqat aparıblar və aşkar ediblər ki, həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır. Ekspertlər bu cür hərəkəti nəinki böyüklərə, həm də uşaqlara, habelə ürəktutması hallarının baş verməsinə meyilli adamlara da məsləhət görürlər.

AZƏRTAC “actualnews.org” saytına istinadla xəbər verir ki, tədqiqata cəlb edilən könüllülər iki qrupa ayrılıb. Onlardan bir qrupu 10 dəqiqə pilləkənlə qalxıb, ikinci qrup isə həmin müddətdə idman zalında velotrenajorda məşğul olub. İştirakçılar bunu altı həftə ərzində hər gün ediblər. İkinci testdə qadınlar nəinki pilləkənlə qalxıb, həm də əşyalar qaldırıblar. Nəticələr göstərib ki, birinci qrupun iştirakçılarında sağlamlıq xeyli yaxşılaşıb, xüsusilə ürək-damar sistemi möhkəmlənib.

Alimlər hesab edirlər ki, pilləkən sprinter məşqinin praktiki formasıdır. Bu cür məşqlər fitnes həvəskarları arasında populyardır. Amerika İdman Təbabəti Akademiyasının məlumatına görə, ənənəvi hərəkətlərdən fərqli olaraq bu məşqlər daha çox kalori “yandırır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.