CƏMİYYƏT
Həftənin ilk iş günü bəzi bölgələrə qar yağacaq, duman olacaq
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın gündüz əsasən yağmursuz, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Gecə 0-3°, gündüz 6-8° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın gündüz əsasən yağmursuz keçəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° şaxta, dağlıq ərazilərdə 17-20°, gündüz 2-7° şaxta olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7 isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimal var.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava əsasən yağmursuz. Bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.