MƏDƏNİYYƏT
Həftəsonu Musiqili Teatrda 5 tamaşa
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-ü, 15-i və 16-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Arşın mal alan” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 14-də “Fransızsayağı qarnir” əsəri böyüklər, 15-də isə “Yağış göbələyinin macərası” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Yatmış gözəl və cırtdanlar” əsəri aprelin 16-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.
Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.