CƏMİYYƏT
Həftəsonu paytaxtda 38, bəzi bölgələrdə 43 dərəcə isti olacaq
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı ehtimal edilir. Zəif şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 34-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcəyi ehtimal edilir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 38-43° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın günəşli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-25°, gündüz 33-38° isti, dağlarda gecə 17-22°, gündüz 27-32° isti olacağı gözlənilir.