ELM VƏ TƏHSİL


Heidelberq Universitetində “Nizami” layihəsi çərçivəsində növbəti görüş

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC

Almaniyanın Heidelberq Universitetində Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” Erasmus+” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə Avropadan olan tərəfdaşlarla yanaşı, Təhsil Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), eləcə də ölkənin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Kazımov doktorantların peşəkar bacarıqlarının artırılması və bu sahədə son iki ildə əldə olunan nailiyyətlər barədə çıxış edib.

Görüşdə UNEC-də gənc tədqiqatçılar üçün yaradılan karyera imkanları, habelə ölkədə fəaliyyət göstərən şirkətlərlə əlaqələr iştirakçıların diqqətinə çatdırılıb. Bu istiqamətdə regionda öz unikallığı ilə seçilən Almaniyanın Siegen Universiteti ilə birgə DAAD layihəsi də maraqla qarşılanıb. Bildirilib ki, karyera imkanlarının artırılmasına yönəldilən layihə çərçivəsində hazırda UNEC-in üç doktorantı Siegen Universitetində tədqiqat aparır.

Təlimlər çərçivəsində paralel diskussiyalar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.