REGİONLAR


Həkim və orta tibb işçiləri kurslara göndərilir

A+ A

Şamaxı, 24 avqust, AZƏRTAC

Cari ilin ötən müddətində Şamaxı rayonundan ixtisasartırma kurslarına 11 nəfər həkim, 22 nəfər orta tibb işçisi göndərilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tibbi xidmətin ən son nailiyyətlərinin mənimsənilməsində, müasir tibbi avadanlıqlardan istifadə qaydalarının öyrənilməsində kursların xüsusi əhəmiyyəti vardır. Bu da əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, son illər əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Bu sahədə təşkil olunan rayon mərkəzi xəstəxanasının həkimlərdən ibarət səyyar briqadasının fəaliyyəti də sakinləri razı salır. Belə ki, bu briqada xüsusi qrafiklə həftədə bir dəfə rayonun qəsəbə və kəndlərinə gedir, sakinlərə səyyar xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.