CƏMİYYƏT
Həkimlər: Payızda doğulan uşaqlar pis oxuyurlar
Bakı, 25 avqust, AZƏRTAC
Britaniyalı həkimlər uşaqların mayalanması üçün ən arzuolunmaz ayları müəyyən ediblər.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlər tibbi araşdırma apardıqdan sonra yanvar-mart aylarında mayalanan uşaqların yaddaş və təhsil problemlərinin olduğunu bildiriblər.
Araşdırmaya əsasən, payızda doğulan uşaqların təhsilində gələcəkdə çətinliklər ola bilər. “Payız” uşaqları həmyaşıdları ilə müqayisədə demək olar ki, 8 faiz geri qalırlar. Alimlər beş il ərzində 800 min uşaq haqqında məlumatları təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Səbəb isə günəşli havanın və D vitaminin çatışmazlığıdır. Payız vaxtı orqanizm bu vitamini almaqda çətinlik çəkir. Tədqiqatçıların fikrincə, hamiləliyə hazırlaşan qadınların xüsusilə payızda və qışda vitamin qəbul etmələri vacibdir.