CƏMİYYƏT


Həkimlər insanın immun çatışmazlığı virusuna tutulan xəstəni müalicə ediblər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın bir neçə elmi-tədqiqat institutu və universitetinin, o cümlədən Kembric və Oksford universitetlərinin bir qrup alimi sensasiyalı bəyanat veriblər. Onlar bildiriblər ki, insanın immun çatışmazlığı virusunu (İİÇV) müalicə etməyə müvəffəq olublar. Əgər həqiqətən belədirsə, adı çəkilməyən 44 yaşlı Böyük Britaniya sakini bu xəstəlikdən şəfa tapan birinci pasiyent olacaq. Müalicə başa çatandan sonra xəstənin qanında daha virus aşkar edilməyib.

AZƏRTAC “independent.co.uk” saytına istinadla xəbər verir ki, bu pasiyent İİÇV əleyhinə yeni terapiyanın sınaqlarında iştirak edən əlli xəstədən biridir. Tədqiqatçılar yeni yanaşma tətbiq ediblər: pasiyentlər latent virusları fəallaşdıran dərman ilə birlikdə antiretrovirus preparatlarından ibarət kombinasiya qəbul ediblər.

Sınaqların uğurla başa çatmasına baxmayaraq, sağalan pasiyent antiretrovirus preparatları qəbul edir, həkimlər isə onu müşahidə altında saxlayırlar. Nəticə sabit olarsa, dərmanların qəbulu dayandırılacaq.

Əlbəttə, bu terapiyanın səmərəliliyini sübuta yetirmək üçün onu daha çox insan üzərində sınaqdan keçirmək lazımdır. Elə indinin özündə məlumdur ki, bu müalicə üsulu İİÇV terapiyasına yanaşmanı bütünlüklə dəyişə bilər. London İmperiya Kollecinin mütəxəssisi Sara Fidler bildirib ki, yeni terapiyanın sınaqları azı beş il vaxt aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.