DÜNYA


Hələbdən 44 min dinc sakin təxliyə olunub

İstanbul, 26 dekabr, АZƏRTAC

Türkiyə tərəfi Suriyanın Hələb bölgəsindən 44 min dinc sakinin təxliyəsinə nail olub.

Bu barədə Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın məlumat verib. Bildirib ki, təxliyə olunan suriyalı mülki əhali bu ölkənin İdlib bölgəsində yerləşdirilib. Türkiyə bu insanlara zəruri gündəlik tələbat malları ilə köməklik göstərir. İ.Kalın diqqətə çatdırıb ki, Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində keçirdiyi antiterror əməliyyatlarında mülki əhalinin zərər çəkməməsi üçün bütün imkanlardan istifadə edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.