DÜNYA


Helikopter qəzası ilə əlaqədar Yamalda matəm elan olunub

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Urenqoy qəsəbəsi yaxınlığında “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar Yamal-Nen muxtar mahalında matəm elan olunub.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, oktyabrın 22-də bütün dövlət idarələri və müəssisələrinin binalarında bayraqlar endirilib, bütün əyləncəli tədbirlər ləğv edilib.

Rusiya Prezidenti Vladimir Putin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, “Sokol” aviakompaniyasına məxsus “Mi-8” helikopteri Yamal-Nen muxtar mahalının Purovsk rayonunda Urenqoy qəsəbəsindən 80 kilometr məsafədə qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin göyərtəsindəki 22 nəfərdən 19-u həlak olub, 3-ü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ural nəqliyyat prokurorluğu qəza ilə bağlı yoxlamalara başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.