DÜNYA


Helsinki aeroportunda qaçqınların deportasiyası əleyhinə aksiya keçirilib

Helsinki, 4 iyul, AZƏRTAC

Polisin məlumatına görə, gecəyarıdan sonra beynəlxalq terminala 70-dək nümayişçi toplaşıb. Onlar sığınacaq istəyən adamların ölkədən deportasiyasının dayandırılmasını tələb edirlər.

Bundan əvvəl “Yaşamaq hüququ” təşkilatına iyulun 4-də Finlandiya hökumət orqanlarının Kabilə bir neçə vətəndaş, o cümlədən bütöv ailəni yol salacağı barədə məlumat daxil olub. İctimai hərəkatın fəalları deyiblər: “Əfqanıstanda təhlükəsizlik vəziyyəti pisləşib və güman ki, oraya qaytarılan adamlar qeyri-insani şəraitə düşəcəklər”.

Finlandiya hökumətindən sığınacaq istəyənlərin çoxu İraq, Əfqanıstan və Somalidən gələnlərdir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.