Helsinkidə Azərbaycan mədəniyyət günləri keçirilib
Bakı, 31 may, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan mədəniyyət günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Finlandiya Assosiasiyasının Kaisa Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbir çərçivəsində Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin dəstəyi ilə sərgi nümayiş olunub. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və bukletlər yer alıb.
Tədbirdə çıxış edən Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağa ölkəsi ilə Azərbaycan arasında tarixi qardaşlıq əlaqələrindən danışıb. Səfir Türkiyənin bir qardaş ölkə kimi daim Azərbaycanın yanında olacağını xüsusi qeyd edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin, Dağlıq Qarabağ münaqişəsinin tarixi, müasir dövrdə ölkəmizin sürətli inkişafı barədə sənədli filmlər nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [23:09]
Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
- 29.10.2026 [21:33]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [20:21]
Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb
- 29.10.2026 [18:39]