CƏMİYYƏT


Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin konfransı keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin 2012-2017-ci illər ərzindəki fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himni səslənəndən sonra yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Təravət Muradova qeyd edib ki, ölkəmizdə əhalinin sosial-rifah halının yüksəlməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində aparılan işlər dinamik inkişafı digər sahələr kimi həmkarlar ittifaqları institutunun da inkişafına münbit şərait yaradır. O, çıxışında hesabat dövründə təşkilatın müxtəlif dövlət bayramları və komitə üzvlərin yubiley tədbirlərini keçirdiyini də vurğulayıb.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Yasamal rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Sevda Hüseynli 2012-2017-ci illər ərzində təşkilatın fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib və komitə üzvlərinin hüquq və mənafelərinin qorunması sahəsində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Müzakirələrdən sonra konfrans iştirakçıları yekdilliklə Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfrans iştirakçıları Sevda Hüseynlinin yenidən Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin sədri seçilməsinə etimad göstəriblər. Yığıncaqda Respublika Komitəsinin VI qurultayına nümayəndələr seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.